Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə ticarət obyektindəki yanğın söndürüldü - (YENİLƏNİB)

15:40 - 23 İyun 2026 tarixində dərc olunub.

İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

14:18

İmişlidə ticarət obyektində yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə İmişli şəhərində vətəndaşlara məxsus ticarət obyektlərinin sırasında qeydə alınıb.

Bir obyektdə başlayan alov digər bir neçə obyektə keçib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvələri cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası