Ucnoqta.az
www.ucnoqta.az

Bir qrup Dövlət qulluqçusu təltif edilib

13:44 - 23 İyun 2026 tarixində dərc olunub.

‎İyunun 23-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin struktur bölmələrində çalışan bir qrup Dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə və 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə təltif olunub.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov, ETİHİ-nin Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎Təhsil idarəsinin müdiri Günay Mahmudova çıxış edərək idarənin bütün dövlət qulluqçularını təbrik edib və hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda dövlətimizin inkişafı, tərəqqisi və rifahı naminə hər bir dövlət qulluqçusunun öz vəzifəsini vicdanla, Vətəninə, xalqına sədaqət hissi ilə yerinə yetirməli olduğunu vurğulayıb.

‎Müdir müavini Hafiz Pənahov çıxış edərək dövlət qulluqçularına peşə fəaliyyətlərində uğurlar arzu edib, eyni zamanda Təhsil idarəsinin fəaliyyət istiqamətləri üzrə nəticələrin yüksəldilməsində dövlət qulluqçularının üzərinə düşən vəzifələrdən danışıb. 

‎ETİHİ-nin Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva öz çıxışında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri adından Dövlət qulluqçularını təbrik edib, onlara peşə fəaliyyətində uğurlar arzu edib.
‎‎Daha sonra tədbirdə cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunması və hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğu qeyd edilib.

‎Sonda Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə və 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə idarənin struktur bölmələrində çalışan bir qrup dövlət qulluqçusu Fəxri Fərmanla təltif olunub, eyni zamanda ETİHİ-nin Şəki Şəhər Komitəsinin hədiyyələr təqdim olunub.

Müəllif: Ucnoqta.az redaksiyası