Ucnoqta.az
www.ucnoqta.az

Litva Prezidenti Hökumətin istefasını qəbul etdi

13:37 - 23 İyun 2026 tarixində dərc olunub.

Litva Prezidenti Gitanas Nausėda kabinetin istefasını qəbul edib.

Ucnoqta.az bildirir ki, bu barədə onun mətbuat xidməti məlumat verib.

Məlumata görə, Prezident Baş nazir İnqa Ruqinienin kabinetinin istefasını qəbul edib və hökumətə yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirməyi tapşırıb.

Dövlət başçısı 15 gün ərzində Seymə (parlament) baş nazirliyə namizəd irəli sürməlidir. Hakim çoxluq Litva Sosial Demokrat Partiyasının (SDPL) lideri Mindauqas Sinkeviçusu bu vəzifəyə namizəd göstərib. Seym prezidentin təklifini qəbul edərsə, təyin olunmuş baş nazir növbəti 15 gün ərzində kabinetinin tərkibini və hökumət proqramını parlamentə təqdim etməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası