Ucnoqta.az
www.ucnoqta.az

General rəisi işdən çıxardı

13:32 - 23 İyun 2026 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub.

Ucnoqta.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Abdulla Abdullayev Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin olunub. 

FHN-dən Qaynarinfo-ya bildirilib ki, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi idi.

Müəllif: Ucnoqta.az redaksiyası