Ucnoqta.az
www.ucnoqta.az

Prezidentlərin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir - Hikmət Hacıyev

12:21 - 23 İyun 2026 tarixində dərc olunub.

Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşa gəzintisi möhkəm dostluq bağlarının bariz ifadəsidir.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

"İki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir", - o qeyd edib.

 

Müəllif: Ucnoqta.az redaksiyası