İran Xarici İşlər Nazirliyi bildirib ki, İranın raket proqramı ABŞ ilə müzakirə mövzusu deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqayi bildirib. Nazir həmçininq eyd edib ki, İran İsveçrənin Bürgenstok şəhərində yerləşən BAEA ilə nüvə obyektlərinin yeni yoxlamalarını müzakirə etməyib.
"Biz BAEA-nın baş direktoru Rafael Qrossi ilə görüşmədik və agentliyin, xüsusən də ABŞ və İsrailin zərbələri nəticəsində zədələnmiş obyektlərin yeni yoxlamalarını müzakirə etmədik", - deyə o, brifinqdə bildirib.