Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, qərar kabinet iclasında yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Baş nazir və bütün hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməyə məcbur oldular. Litva Sosial Demokrat Partiyası iyunun əvvəlində Nemunas partiyası ilə əməkdaşlığını dayandırmaq qərarına gəldikdən və onu populist siyasətdə ittiham etdikdən sonra yenidən təşkili məsələsi ortaya çıxdı.
Yeni koalisiya tərəfdaşı Litva üçün Demokratlar partiyası idi. Bu dəyişikliklərin bir hissəsi olaraq, "hökuməti yenidən qurmaq" qərarı verildi.