Ucnoqta.az
www.ucnoqta.az

Brent nefti 78 dollardan aşağı düşdü

11:28 - 17 İyun 2026 tarixində dərc olunub.

Londonun ICE birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 2 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 78 dollardan aşağı düşüb.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Brent markalı xam neftin qiyməti 1,29% azalaraq bir barel üçün 77,94 dollara düşüb.

Bu arada, 2026-cı ilin avqust ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçersləri 1,29% azalaraq bir barel üçün 74,30 dollara düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası