Fransız Kilian Mbappe Dünya Çempionatlarında ən çox qol vuran oyunçu kimi Braziliyalı Peleni keçib.
Ucnoqta.az xəbər verir ki, Mbappe turnirin qrup mərhələsinin ilk oyununda Seneqala qarşı qol vurub. Onun qolu hesabı Fransanın xeyrinə 1-0 etdi.
"Real Madrid" hücumçusu Dünya Kubokunda 13-cü qolunu vuraraq Pelenin 12 qoluna çatıb. Mbappe bu göstəricidə həmyerlisi Just Fontaine və Argentinalı Lionel Messi ilə eyni göstəriciyə çatıb. Onu Gerd Müller (14 qol), Ronaldo (15) və Miroslav Kloze (16) qabaqlayır.