Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Maliyyə Nazirliyi Serbiya şirkətinin əməliyyat lisenziyasını uzadıb

00:00 - 17 İyun 2026 tarixində dərc olunub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 16 iyunda müddəti bitən NIS (Neftna Industrija Srbije) şirkətinin əməliyyat lisenziyasını 1 iyula qədər uzadıb.

Ucnoqta.az bildirir ki, bu barədə Serbiya Radio və Televiziyası (RTS) məlumat verib.

RTS Vaşinqtondakı mənbəyə istinadən bildirib ki, OFAC əməliyyat lisenziyasını uzadıb və bu, şirkətin hazırkı fəaliyyətini davam etdirməsinə imkan verib.

Serbiya şirkətində nəzarət payının alınması ilə bağlı danışıqlar da 16 iyunda başa çatır; uzadılma üçün ABŞ Maliyyə Nazirliyinin ayrıca təsdiqi tələb olunur.

Müəllif: Ucnoqta.az redaksiyası