Ucnoqta.az
www.ucnoqta.az

İran İsraili hədələdi: Livanda atəşi dayandırmasa ...

23:18 - 16 İyun 2026 tarixində dərc olunub.

İran Silahlı Qüvvələri İsraili Livanda atəşkəsi pozmağı dayandırmasa, sərt cavab verəcəyi ilə hədələyib.

Ucnoqta.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı açıqlama verib.
"Sizi xəbərdar edirik: Sionist rejimin ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İran İslam Respublikasının güclü Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir", - deyə qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası