Ucnoqta.az
www.ucnoqta.az

Livanda həlak olanların sayı 3826-ya çatdı

17:26 - 16 İyun 2026 tarixində dərc olunub.

Livan Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində ölənlərin sayının 3826-ya çatdığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin ölkənin cənub hissəsindəki kəndlərə hava hücumları nəticəsində ən azı 28 livanlı həlak olub.

Nazirliyin məlumatına görə, daha 80 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.

Hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3826-ya çatıb, 11851 nəfər yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası