Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 65-dən 68-ə yüksəlib, 33 nəfər isə hələ də itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Filippinin Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurası məlumat yayıb.
Zəlzələ 8 iyun səhəri Mindanaonun cənub sahillərində baş verib.
Yerli hakimiyyət orqanları 68.000 evə ziyan dəydiyini, onlardan təxminən 12.400-ünün tamamilə dağıldığını bildirib.