Ucnoqta.az
www.ucnoqta.az

İran 60 günlük güzəşt müddəti verdi

13:49 - 15 İyun 2026 tarixində dərc olunub.

İran ABŞ ilə sonrakı danışıqlara qədər 60 günlük güzəşt müddəti verib. Bu müddət ərzində Tehran Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı xidmətlər üçün ödəniş tələb etməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, bu 60 gündən sonra İran boğazda kommersiya gəmilərinin hərəkətindən əldə edilən maliyyə gəlirlərindən ölkənin iqtisadi inkişafı üçün istifadə etmək məqsədilə təhlükəsizlik, naviqasiya, ətraf mühit və sığorta xidmətləri göstərmək niyyətindədir.

Mənbə əlavə edib ki, bu xidmətlər gəmilərə həm İran, həm də Oman tərəfindən göstəriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası