Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvana təyyarə reysləri ləğv olundu

13:34 - 14 İyun 2026 tarixində dərc olunub.

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Müəllif: Ucnoqta.az redaksiyası