Ucnoqta.az
www.ucnoqta.az

Turistlərə xəbərdarlıq edildi - Dukono vulkanı ...

10:36 - 13 İyun 2026 tarixində dərc olunub.

Dukono vulkanının püskürməsi İndoneziyanın Halmahera adasında (Şimali Maluku əyaləti) qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin açıqlamasında bildirilib.

Mərkəzdən verilən məlumata görə, kül vulkanın kraterindən 1,3 kilometr yuxarı qalxaraq dəniz səviyyəsindən 2387 metr yüksəkliyə çatıb. Ağ və boz kül püskürmələri şimal-qərbə yayılıb.

Vulkanologiya Mərkəzi yaxınlıqdakı ərazilərin sakinlərini və turistləri vulkanın kraterindən 4 kilometr radiusda qalmağa və tənəffüs sistemlərini vulkanik küldən qorumaq üçün maskalardan istifadə etməyə çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası