Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda güclü zəlzələ oldu (YENİLƏNİB)

15:29 - 12 İyun 2026 tarixində dərc olunub.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən,Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.

15:18

Azərbaycanda zəlzələ oldu

Ucnoqta.az xəbər verir ki, zəlzələ mərkəzi aran rayonlarında hiss olunub. Zəlzələ 5 bal gücündə olub.

Yeraltı təkanlar Xankəndi, Sabirabad, İmişli və digər rayonlarda hiss olunub.

Müəllif: Ucnoqta.az redaksiyası