Ucnoqta.az
www.ucnoqta.az

Tayland Kralının bacısı 47 yaşında ölüb

05:26 - 12 İyun 2026 tarixində dərc olunub.

Tayland Kralı Maha Vajiralongkornun (X Rama) böyük qızı Şahzadə Phatchara Kittiyapha Banqkokdakı Kral Çulalongkorn Memorial Xəstəxanasında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Ev Bürosunun açıqlamasında bildirilib.

Məlumata görə, 11 iyun 2026-cı il, cümə axşamı, saat 19:48-də o, Tayland Qırmızı Xaç Cəmiyyəti tərəfindən idarə olunan Kral Çulalongkorn Memorial Xəstəxanasında 47 yaşında vəfat edib.

Qeyd olunur ki, o, 15 dekabr 2022-ci ildən bəri ürək xəstəliyinə görə huşsuz vəziyyətdə" xəstəxanaya yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası