Türkiyədə məşhurları hədəf alan narkotik əməliyyatında yeni həbslər olub. Səhər tezdən keçirilən son əməliyyatda 22 şübhəli saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində polis qrupları günün erkən saatlarında təyin olunmuş ünvanlarda eyni vaxtda əməliyyatlar keçirib. 22 məşhur şəxs saxlanılıb. Saxlanılanlar arasında Beren Saat, Kenan Doğulu və Enis Arıkan da olduğu bildirilir. Əməliyyatlar davam etdikcə saxlanılanların sayının artacağı gözlənilir.
Saxlanılanların siyahısı:
1. Ayşe Hatun ÖNAL (Müğənni)
2. Tolga ÇAM (Moda dizayneri)
3. Ferhan KAYA (birja brokeri)
4. Murat SAYGI (Rejissor)
5. Enis Ahmet ONAT (Moda TV-nin Sahibi)
6. Ahmet KAROĞLU (Beko Ocakbaşı sahibi)
7. Əmrə TARİ (İş adamı)
8. Həsən VƏTƏN (Vətən Bilgisayarın Sahibi)
9. Kerimcan DURMAZ (Müğənni)
10. Kənan DOĞULU (Müğənni)
11. Beren SAAT (aktrisa)
12. Mehmet Cem KARCI (Rejissor)
13. Berdan MARDİNİ (Müğənni)
14. Reyhan KÜÇÜKYEĞEN
15. Ozan DOĞULU (Aranjimançı və DJ)
16. Yaşar İPEK (müğənni)
17. Mehmet YILDIZ (Modellik Şirkətinin Sahibi)
18. Tessy RAMOS CORREİRA (Model)
19. Enis ARIKAN (Aktyor)
20. Rafet Eren YORULMAZER (Memar) (BURSA)
21. Ali Efe BEZCİ (İş adamı) (ANKARA)
22. Selin CİĞERCİ (İnternet Fenomeni və Müğənni) (İZMİR)