Ucnoqta.az
www.ucnoqta.az

İran İordaniyada ABŞ qırıcı təyyarələrinin bazasını vurub

07:19 - 11 İyun 2026 tarixində dərc olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı Əl-Əzraq hava bazasına uğurlu zərbələr endirdiyini və ABŞ qırıcı təyyarələrinin məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Qeyd olunur ki, SEPAH Aerokosmik Qüvvələri 12 ballistik raketdən istifadə edərək ABŞ-ın F-35, F-15 və F-16 qırıcı təyyarələrinin yerləşdirildiyi yerləri, eləcə də Əl-Əzraq hava bazası və Komandanlıq Mərkəzindəki əsas ABŞ hərbi obyektlərini vuraraq bu obyektləri və çox sayda qırıcı təyyarəni məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası