Ucnoqta.az
www.ucnoqta.az

Çində partlayış baş verib - 7 nəfər ölüb, yaralılar var

07:06 - 11 İyun 2026 tarixində dərc olunub.

Çinin Quansi Çjuan Muxtar Rayonunda baş verən partlayış nəticəsində ən azı yeddi nəfər ölüb, 17 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi polisə istinadən məlumat yayıb.

Hadisə gecə saatlarında Quylin şəhərinin Sinqan qraflığında baş verib.

İlkin araşdırmalara görə, qaz partlayışı istisna edilib. Polis hadisənin səbəbini araşdırmaq üçün əlavə araşdırma aparır.

Müəllif: Ucnoqta.az redaksiyası