Ucnoqta.az
www.ucnoqta.az

Mil-Muğanda yeni tədris imkanları: Ödənişsiz hazırlıq, aylıq sınaqlar, ...

21:23 - 8 İyun 2026 tarixində dərc olunub.

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən yeni təmayül tədris modelinin tətbiq edildiyi təhsil müəssisələrinə 2026–2027-ci tədris ili üzrə şagird qəbulu elan edilir.

Ucnoqta.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə X və XI sinif şagirdləri müraciət edə bilərlər.

Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Aşağıdakı ümumi təhsil müəssisələrində X siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib:

1.Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb

https://docs.google.com/.../1FAIpQLScvP5CihaM.../viewform...

2.İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi

https://forms.gle/uw6E57xmaqnXV5EPA

3.Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi

https://docs.google.com/.../1FAIpQLSfwyK3GVPc.../viewform...

4.Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb

https://docs.google.com/.../1FAIpQLSftg05yX5x.../viewform...

5.Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb

https://docs.google.com/.../1amdhafyBohodmFf2PiSje8G.../edit

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:

Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;

Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;

Səriştəli müəllim kollektivi;

Aylıq sınaq imtahanlarının təşkili;

Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Müəllif: Ucnoqta.az redaksiyası