Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda ilkin seçki nəticələri dəyişdi

13:45 - 8 İyun 2026 tarixində dərc olunub.

Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin seçki nəticələrini dəyişdirib.

Ucnoqta.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 7 iyunda keçirilən parlament seçkiləri üçün ilkin səsvermə nəticələrini dəyişdirib.

İş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası 4% səs həddini itirib və yeni parlamentə düşməyəcək.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Hovakimyanın mətbuat konfransında açıqlayıb ki, məlumatlar qismən elektron səsvermə məlumatlarının əvvəlcə daxil edilməməsi səbəbindən düzəldilib.

"Ermənistan Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,825%-ni toplayıb. İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,281%, keçmiş prezident Robert Koçaryanın Ermənistan bloku isə 9,934% səs toplayır. İş adamı Qaqik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası 3,996% səs toplayır", - Hovakimyan bildirib.

Seçkilərdə seçici fəallığı 58,97% təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası