Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 2 nəfər 6 kq narkotiklə tutulub

12:36 - 8 İyun 2026 tarixində dərc olunub.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb.
Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası