Ucnoqta.az
www.ucnoqta.az

Azad edilmiş ərazilərdə daha 149 mina, 412 PHS aşkarlanıb

11:12 - 8 İyun 2026 tarixində dərc olunub.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (01.06.2026-07.06.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 48 piyada əleyhinə mina, 101 tank əleyhinə mina, 412 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 545,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ucnoqta.az redaksiyası