Ucnoqta.az
www.ucnoqta.az

İsrail İrandan atəşə tutulduğunu bildirib

08:38 - 8 İyun 2026 tarixində dərc olunub.

İsrail ordusu İrandan atılan yeni raket dalğası aşkar edib.

Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Ölkənin mərkəzində və cənubunda çoxsaylı ərazilərdə raket həyəcanı elan edilib. İsrail ordusunun hava hücumu xəbərdarlıq sisteminə görə, Aşdod, Aşkelon, Beer-Şeva, Qüds və Təl-Əvivin cənub ətraflarında, o cümlədən Ben-Qurion hava limanı ərazisində də həyəcan səsləndirilib.

Müəllif: Ucnoqta.az redaksiyası