Ucnoqta.az
www.ucnoqta.az

Helikopter qəzaya uğradı - Pilot öldü

11:40 - 4 İyun 2026 tarixində dərc olunub.

Polşanın cənubundakı Kiçik Polşa voyevodalığında Robinson R44 Raven helikopteri qəzaya uğrayıb və pilot həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Wirtualna Polska onlayn portalı yerli polisə istinadən məlumat verib.

Voyevodalıq polis idarəsinin sözçüsü Anna Zbroja-Zagórska portala bildirib ki, "Axtarış qrupu artıq təyyarənin qalıqlarını əlçatmaz bir yerdə tapıb. Təəssüf ki, 30 yaşlı pilot həlak olub".

İlkin məlumatlara görə, qəzaya hava şəraiti səbəb ola bilər. Polis qəzanın səbəbi ilə bağlı araşdırmaya başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası