Ucnoqta.az
www.ucnoqta.az

Kafedən oğurluq edənlər saxlanılıb

19:26 - 3 İyun 2026 tarixində dərc olunub.

Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb. 

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirli və V.Nəsirov müəyyən edilərək saxlanılıblar. 

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası