Ucnoqta.az
www.ucnoqta.az

Bitcoin və Ethereum 6%-dən çox ucuzlaşıb

09:00 - 3 İyun 2026 tarixində dərc olunub.

Bitcoin və Ethereum 6%-dən çox ucuzlaşıb

Ucnoqta.az xəbər verir ki, Binance məlumatlarına görə, bazar kapitallaşması baxımından ən yaxşı iki kriptovalyutanın - Bitkoin və Ethereumun qiyməti azalıb. 

Bitkoin 6,38% azalaraq 66.402 dollara, Ethereum isə 8,08% azalaraq 1.840 dollara düşüb.

Coinmarketcap-a görə, 3 iyun tarixinə olan məlumata görə, ümumi kriptovalyuta bazar kapitallaşması 2,29 trilyon dollar təşkil edib. Bitcoin 1,33 trilyon dollar (58,1%), Ethereum isə 222,53 milyard dollar (9,7%) təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası