Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzada HƏMAS-ın üç böyük silah anbarının məhv edib

16:11 - 31 May 2026 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının müxtəlif ərazilərində HƏMAS-ın üç böyük silah anbarının məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İMQ sözçüsü bildirib.
Qeyd olunur ki, İMQ Qəzza zolağının müxtəlif ərazilərində HƏMAS-ın üç silah anbarına zərbə endirib. Anbarlarda partlayıcı qurğular, hücum tüfəngləri, snayper tüfəngləri və digər hərbi texnika var olub.
Məlumata görə, zərbələrdən sonra anbarlarda silahların olduğunu göstərən ikinci dərəcəli partlayışlar aşkar edilib.

Müəllif: Ucnoqta.az redaksiyası