Ucnoqta.az
www.ucnoqta.az

Çempionlar Liqasının qalibi məlum oldu

23:54 - 30 May 2026 tarixində dərc olunub.

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.

Ucnoqta.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən qalib penaltilər seriyasında məlum olub. PSJ daha dəqiq olaraq qalib gəlib.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 4:3)

Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"

Müəllif: Ucnoqta.az redaksiyası