Ucnoqta.az
www.ucnoqta.az

Daha bir oyunçu "Qarabağ"dan ayrıldı

17:58 - 25 May 2026 tarixində dərc olunub.

“Qarabağ” Azərbaycan millisinin futbolçusu Toral Bayramovla yollarını ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb. “Qarabağ Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, Ağdam klubunda 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Müəllif: Ucnoqta.az redaksiyası