Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda partlayış nəticəsində 16 nəfər ölüb, yaralılar var

10:50 - 24 May 2026 tarixində dərc olunub.

Pakistanın cənub-qərbində qatar partlayışı nəticəsində 16 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, Associated Press (APP) bu barədə mayın 24-də polis mənbələrinə istinadən məlumat verib.

Polisin məlumatına görə, partlayış Çaman Pathak stansiyası yaxınlığında sərnişin daşıyan qatar ərazidən keçərkən baş verib. 

KİV-in məlumatına görə, partlayış nəticəsində 16 nəfər ölüb, uşaqlar və qadınlar da daxil olmaqla bir neçə nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib və bütün ərazini mühasirəyə alıblar. İstintaq başlayıb. Məlumata görə, partlayış relslər boyunca park edilmiş nəqliyyat vasitələrinə zərər vurub.

Müəllif: Ucnoqta.az redaksiyası