İranla bağlı münaqişə Fransa hökumətinə 6 milyard avrodan çox əlavə xərcə başa gəlib.
Ucnoqta.az xəbər verir ki, Fransanın maliyyə naziri Roland Leskur Financial Times (FT) qəzetinə bildirib.
Onun sözlərinə görə, İrana qarşı müharibə respublika üçün oxşar gözlənilməz xərclərə səbəb olub və bunun əsas hissəsi faiz ödənişlərinin artmasından irəli gəlir. Bu arada, vergi gəlirlərinin planlaşdırılandan aşağı olacağı gözlənilir.
FT-yə görə, Paris bu yaxınlarda 2026-cı il üçün iqtisadi artım proqnozunu 1%-dən 0,9%-ə endirib. Fransanın ÜDM-i birinci rübdə durğunlaşıb və işsizlik təxminən beş ilin ən yüksək səviyyəsi olan 8,1%-ə çatıb.
Leskur həmçinin qeyd edib ki, Fransa iqtisadiyyatı nüvə əsaslı enerji qarışığı və qoruyucu sosial təminat sistemi sayəsində indiyə qədər davamlılıq nümayiş etdirib.