Ucnoqta.az
www.ucnoqta.az

Bakının ev sahibliyi etdiyi WUF13-ün sonuncu günü

09:03 - 22 May 2026 tarixində dərc olunub.

Bakının ev sahibliyi etdiyi WUF13 bu gün son sessiyalarla başa çatır.

Ucnoqta.az xəbər verir ki, forumun yekun günündə iqlim hədəfləri, strateji ekoloji qiymətləndirmə, kənd və şəhərlərarası əlaqələrin gücləndirilməsi, həmçinin böhran vəziyyətlərində rəqəmsal həllərin tətbiqi ilə bağlı müzakirələr keçiriləcək.

Proqram çərçivəsində “İqlim Hədəflərinə Nail Olmaq üçün Alət kimi Strateji Ekoloji Qiymətləndirmə”, “Kiçik Şəhərlərin Transformasiyası və Dayanıqlılığı Kontekstində Kənd-Şəhər Əlaqələr” və “Praktikada Keçidlər: Qeyri-Formallıq və Böhranlar üçün Rəqəmsal Alətlərin Birgə Yaradılması” mövzularında sessiyalar təşkil olunacaq.

Forumun rəsmi bağlanış mərasimi günün ikinci yarısında keçiriləcək.

Saat 17:30-da baş tutacaq bayraqendirmə mərasimi ilə rəsmən yekunlaşacaq.

Müəllif: Ucnoqta.az redaksiyası