Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Ukraynaya HAWK sistemi avadanlığının 108,1 milyon dollarlıq satışını təsdiqləyib

07:18 - 22 May 2026 tarixində dərc olunub.

ABŞ Ukraynaya HAWK hava hücumundan müdafiə raket sistemi üçün avadanlıq və dəstək xidmətlərinin potensial 108,1 milyon dollarlıq satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin veb saytında dərc olunmuş açıqlamada bildirilib.

Sənədə əsasən, Kiyev hakimiyyəti HAWK hava hücumundan müdafiə raket sistemi üçün komponentlərin, ehtiyat hissələrinin alınması, onun modernləşdirilməsi və texniki xidmətinə dəstək, eləcə də təmir və geri qaytarma xidmətləri üçün fürsət istəyib. Əməliyyatın ümumi dəyəri 108,1 milyon dollar qiymətləndirilir.

Qeyd olunub ki, Sierra Nevada Corporation baş podratçı kimi çıxış edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası