Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ-ın şərtlərini öyrənmək üçün Pakistandan daha çox vaxt istəyib

14:05 - 21 May 2026 tarixində dərc olunub.

İran rəsmiləri Pakistan vasitəçilərindən Fars körfəzindəki münaqişənin həlli üçün ABŞ şərtlərini qiymətləndirmək və öyrənmək üçün daha çox vaxt istəyiblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə televiziya kanalı Pakistan mənbəsinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, İran rəsmiləri Pakistandan ABŞ şərtlərini qiymətləndirmək və öyrənmək üçün vaxt istəyiblər. Mənbənin sözlərinə görə, İranın zənginləşdirilmiş uranı Tehran və Vaşinqton arasında dolayı danışıqlarda əsas maneədir.

Müəllif: Ucnoqta.az redaksiyası