Avropadakı ABŞ qoşunlarının azaldılması NATO-nun regiondakı anti-Rusiya strategiyasını təhlükə altına alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Junge Welt qəzetindəki məqalədə deyilir.
Nəşr qeyd edir ki, ABŞ-ın Avropadakı qoşunlarının azaldılması davam edərsə, NATO-nun Rusiya və Çinə qarşı hərbi strategiyası təhlükə altında olacaq.
Qəzetin köşə yazarı Arnold Şolzlın sözlərinə görə, alyans regionda anti-Rusiya əhval-ruhiyyəsini qorumaq üçün mübarizə aparır və ABŞ-Çin danışıqları siyasi elitada Pekinlə qarşıdurma ilə bağlı şübhələr yaradır.