Ucnoqta.az
www.ucnoqta.az

ADY-nin ağlasığmaz qiymət siyasəti

09:46 - 21 May 2026 tarixində dərc olunub.

Elə gözlənildiyi kimi oldu.  ADY-nin qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri AİF prezidenti Osman Gündüz bildirib.

Osman Gündüz qeyd edir ki, artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı - Balakən qatarında sınaqdan keçirib:

"İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı - Tbilisi üçün də tətbiq etməyi planlayır. Artıq açıqlama verilib. O dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar.

Belə ki, ADY ala yarımçıq , hiss olunur çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib :

Bakı -Tbilisi qatarı üçün indiki qiymətlər :

Kupe/Plaskart (ADY hələlik bu minimal qiymətin dəqiq kupe , yaxud plaskart tipli olmasını açıqlamayıb) - 81+ manatdan

SV - açıqlanmayıb, hələlik qapalıdır

2019-cu ilədək olan qiymətlər :

Plaskart - 24-26 manat, 

Kupe - 35-40 manat, 

SV (yataqlı) - 57-60 manat.

Düşünürəm ki, ADY bu məntiqilə, "Bakı -Balakən qatarı" prinsipilə yanaşacaqsa Bakı - Tbilisi üçün ağlasığmaz görünsə də , Kupe və SV qiymətləri belə ola biləcək:

ADY-nin hələlik gizli saxlanan və ehtimal olunan qiymətləri :

Kupe - 120 manatadək
SV - 230 manatadək

Güman ki, bu qiymətlər çoxdan hazırdı, sadəcə ADY bəlkə də utanır onları açıqlamağa 

Bir daha qeyd etmək istərdim ki , dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY -nin səyləri təqdirəlayiq olsa da qiymət siyasəti ağlasığmazdır.

Güman ki, hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər.

Görəsən hökumət nə deyəcək ADY-nin bu yanaşmasına? İmkan veriləcəkmi?

Bilmirəm hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub". 

Müəllif: Ucnoqta.az redaksiyası