Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdıracaq

23:56 - 20 May 2026 tarixində dərc olunub.

Rusiya Ermənistandan gül idxalını məhdudlaşdıracaq.

Ucnoqta.az xəbər verir ki, Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

Agentliyin açıqlamasında bildirilirdi ki, müvəqqəti məhdudiyyətlər 22 maydan etibarən istixana yoxlamaları və nəticələrinin təhlili başa çatana qədər Ermənistandan gətirilən və göndərilən gül məhsullarının idxalına tətbiq olunacaq.

Rosselxoznadzor qərarın Rusiyanın ixrac potensialını və fitosanitar təhlükəsizliyini qorumaq üçün verildiyini açıqlayıb.

Açıqlamada vurğulandı ki, Respublikanın Qida Təhlükəsizliyi Müfəttişliyi zəmanətlər verməsinə baxmayaraq, Avrasiya İqtisadi Birliyi üçün karantin maddələrinin müəyyənləşdirilməsi davam edir. Beləliklə, idxal edilən 96,2 milyon gül məhsulu arasında 135 hal aşkar edilib ki, bu da 2025-ci il ərzində aşkarlanan ümumi sayın 77%-ni təşkil edir.

Müəllif: Ucnoqta.az redaksiyası