Ucnoqta.az
www.ucnoqta.az

WUF13-də “Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin stendi ziyarətçilərin diqqətini cəlb edib

14:31 - 20 May 2026 tarixində dərc olunub.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində açılışı baş tutan “Urban Expo” sərgisində “Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin stendi ziyarətçilərin diqqətini cəlb edib.

Ucnoqta.az xəbər verir ki, 1924-cü ildən fəaliyyət göstərən “Bakı Mexanizasiya Nəqliyyat” ASC sərgidə xüsusi maraqla qarşılanıb. 

Şirkətin tikinti və infrastruktur sahəsində 100 ildən artıq təcrübəyə malik olması, eləcə də iri miqyaslı layihələrin icrasında iştirak etməsi nümayiş olunan stendə olan marağı daha da artırıb.

Sərgi çərçivəsində şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlar təqdim olunub. Stenddə şirkətin icra etdiyi layihələrin maketləri və vizual təqdimatları nümayiş etdirilərək qonaqlara daha ətraflı informasiya verilib.

Şirkətin əməkdaşı Məqsudə Xankişiyeva ziyarətçilərə Azərbaycan ərazisində bir sıra yüksək səviyyəli dövlət layihələrini məhz “Bakı Mexanizasiya Nəqliyyat” ASC tərəfindən icra olunduğunu bildirib:

"Şirkətimizin həyata keçirdiyi mühüm layihələr çoxdur. Onların sırasında Ağ şəhər bulvarının pirslərinin salınması, Səngəçal Neft Terminalı, eləcə də ölkənin müxtəlif bölgələrində inşa edilən məktəblər və tədris mərkəzləri xüsusi yer alır".

Məqsudə Xankişiyevanın sözlərinə görə, ASC-nin yaxın dövr üçün bir neçə ekoloji yönümlü təşəbbüsü mövcuddur:

"Sözügedən layihələrin gələcəkdə icrası nəzərdə tutulur. Bu ideyalar müasir şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə hazırlanıb.

 

Qeyd edək ki, “Urban Expo” sərgisi WUF13 çərçivəsində dövlət qurumları və özəl sektor nümayəndələrinin bir araya gəldiyi, innovativ şəhərsalma və infrastruktur həllərinin təqdim olunduğu əsas platformalardan biri hesab olunur.

Müəllif: Ucnoqta.az redaksiyası