Ucnoqta.az
www.ucnoqta.az

İran tələblərindən geri çəkilməyəcək - Müharibə yenidən BAŞLAYIR?

16:37 - 18 May 2026 tarixində dərc olunub.

İranın münaqişənin həlli üçün ABŞ-a qarşı tələblərindən geri çəkilmək niyyəti yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkyan bildirib.

"Biz heç bir qüvvəyə boyun əyməyəcəyik və rahatlıq naminə ölkəmizin ləyaqətini qurban verməyəcəyik. Biz şərəflə danışıqlar aparırıq və geri çəkilmək niyyətində deyilik", - deyə İranın "Əl-Aləm" televiziya kanalı onun sözlərini sitat gətirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp gər tezliklə sülh sazişi imzalanmasa, İran üçün çox çətin günlər gələcəyi barədə xəbərdarlıq edib.

Siyasi şərhsçi Natiq Cəfərli bildirir ki, İranın bu cümə gününə qədər vaxtı var:

"Hansısa bir anlaşma olmasa, çox güman, cümədən şənbəyə keçən gecə müharibə yenidən alovlanacaq və münaqişəyə Körfəz ölkələri də birbaşa daxil olacaqlar. 
İranda müharibənin bitməsini istəməyən, yenicə güc, nüfuz və təsir mexanizmləri qazanan, bu gücün də maddi üstünlük gətirdiyini aydın hiss edən zümrə formalaşıb. Onlar gərginlikdən bəslənirlər, çünki münaqişə bitsə, daim etiraz potensialı diri, orta ağıl səviyyəsi yüksək İran xalqının müxtəlif çətin suallarına cavab verməli, batan iqtisadiyyatla bağlı problemləri həll etməli olacaqlar – bunu yaxşı anlayırlar. 
Amma, daimi gərginlik olmur, bunu anlayırlarsa da, qəbul etmək istəmirlər - çünki, münaqişədən çıxış strategiyaları yoxdur..."

Müəllif: Ucnoqta.az redaksiyası