Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İranla sülh prosesini davam etdirmək üçün beş şərt irəli sürüb

14:19 - 17 May 2026 tarixində dərc olunub.

Vaşinqton Tehran üçün özünün beş şərtini irəli sürüb ki, Amerika administrasiyası iki ölkə arasında sülh prosesinin davam etməsi üçün bunların zəruri olduğunu düşünür.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ İran ərazisinin bombalanması zamanı dəyən ziyana görə kompensasiya ödəməkdən imtina edir.

Bundan əlavə, agentlik qeyd edir ki, Vaşinqton İrandan ABŞ-a 400 kq zənginləşdirilmiş uranın çıxarılmasında və İslam Respublikasında yalnız bir fəaliyyətdə olan nüvə obyektinin saxlanılmasında israr edir.

Fars agentliyinin məlumatına görə, ABŞ İranın dondurulmuş aktivlərinin 25%-dən çoxunu azad etmək niyyətində deyil və bildirir ki, bütün cəbhələrdə (Livan dail) müharibəyə son qoymaq məsələsi danışıqlar yolu ilə həll olunmalıdır.

Müəllif: Ucnoqta.az redaksiyası