Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycana "Avroviziya 2026"da təkcə bu ölkə SƏS VERDİ - FOTO

10:47 - 17 May 2026 tarixində dərc olunub.

Azərbaycana "Avroviziya 2026"da yalnız 1 ölkə səs verib.

Ucnoqta.az xəbər verir ki, ölkəmiz 15 ölkənin yarışdığı ikinci yarımfinalda 15-ci yerdə qərarlaşıb.

"Just go" mahnısı ilə səhnəyə çıxan təmsilçimiz Jiva-ya cəmi 2 xalı Bolqarıstan verib.

Qeyd edək ki, üç il fasilədən sonra müsabiqəyə qayıdan Bolqarıstanı Dara adlı ifaçı təmsil edib. O, "Bangaranga" mahnısı ilə birinci olub. Ölkə ümumilikdə 516 xal toplayıb. ///Axşam.az

Müəllif: Ucnoqta.az redaksiyası