Ucnoqta.az
www.ucnoqta.az

Ramil İskəndərlinin səlahiyyət müddəti başa çatdı

11:06 - 14 May 2026 tarixində dərc olunub.

Ramil İskəndərlinin GSNP-nin müvəqqəti Baş katibi postunda səlahiyyət müddəti başa çatıb

GSNP-nin müvəqqəti Baş katibi Ramil İskəndərli Baş Assambleyada ötən 1 illik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O, 2025-ci ildə qəbul edilmiş “Bakı prinsipləri”ndən irəli gələrək, müvəqqəti Baş katib postunda missiyasını tamamladığını diqqətə çatdırıb, GSNP üzvlərinə göstərdikləri yüksək etimada görə minnətdarlıq edib.

Ramil İskəndərli bu gün Baş Assambleyada GSNP-nin qarşıdakı 5 illik dövr üçün 1 nəfər Baş katib və 4 nəfər müavin seçəcəyini diqqətə çatdırıb. Müvəqqəti Baş katibin hesabat məruzəsi GSNP üzvləri tərəfindən təqdir edilib və alqışlarla qarşılanıb.

Müəllif: Ucnoqta.az redaksiyası