Ucnoqta.az
www.ucnoqta.az

Tələbləri qəbul etməsələr, ... - İran ABŞ-ı hədələdi

13:18 - 13 May 2026 tarixində dərc olunub.

Əgər ABŞ İranın qanuni razılaşma tələblərini qəbul etməsə, onları döyüş meydanında daha çox məğlubiyyət gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Təlayiniq bildirib.

"Əgər düşmən diplomatik sahədə İran xalqının qanuni və konkret tələblərini qəbul etməsə, döyüş meydanındakı məğlubiyyətlərinin təkrarlanmasını gözləməlidir. Düşmənin hər hansı yeni təhdidi, hücumu və ya təcavüzü, şübhəsiz ki, peşman olmasına səbəb olacaq dərhal, qətiyyətli və son cavabla qarşılanacaq", - deyə IRNA xəbər agentliyi onun sözlərini yayıb.

Rza Təlayiniq qeyd edib ki, İran xalqı bu məcburi müharibənin qalibi olmağa davam edəcək.
O, həmçinin qeyd edib ki, Amerika gəmilərinin münaqişə zonasından "qaçması" hallarının təkrarlanması İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) döyüş hazırlığının və düşmənin peşman olacağı sərt cavab verməyə hazır olduqlarının sübutudur.

Müəllif: Ucnoqta.az redaksiyası