Atəşkəs sazişinin 17 apreldə qüvvəyə minməsindən bəri Livanda ölənlərin sayı 552-yə çatıb, daha 1149 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Əl-Cəzirə bu barədə Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Daha əvvəllər 17 apreldən bəri İsrailin hücumlarında 380 nəfərin öldüyü bildirilirdi.
Bildirilir ki, 2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı son 24 saat ərzində 2846-dan 2869-a, yaralıların sayı isə 8693-dən 8730-a yüksəlib.
Günün sonuna qədər itki və yaralıların sayının artacağı gözlənilir.