Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanda Litani çayı yaxınlığında xüsusi əməliyyat keçirib

14:04 - 12 May 2026 tarixində dərc olunub.

İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Litani çayı yaxınlığındakı ərazini təmizləmək və nəzarəti bərqərar etmək üçün xüsusi əməliyyat keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi məlumat yayıb.

Bildirilir ki, əməliyyat zamanı onlarla terrorçunu öldürülüb. Bölgədəki quru qüvvələrinə dəstək olaraq İsrail Hərbi Hava Qüvvələri 100 hərbi hədəfə zərbə endirib.

İMQ qeyd edib ki, əsgərlər böyük yeraltı "Hizbullah" tunelini aşkar edib məhv ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası