Ucnoqta.az
www.ucnoqta.az

Polis əməkdaşları Qaradağda yanğın baş verən əraziyə cəlb olunublar

07:07 - 12 May 2026 tarixində dərc olunub.

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

Müəllif: Ucnoqta.az redaksiyası