Ermənistanın Baş naziri Nikol Paşinyan aprel ayında Rusiyaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə 28 mayda Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitində iştirak edə bilməyəcəyini bildirdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bunu Baş nazir jurnalistlərə deyib.
"1 apreldə Rusiyada olduğum zaman Rusiya Prezidentinə seçki kampaniyası səbəbindən 9 mayda keçiriləcək paradda iştirak edə bilməyəcəyimi bildirdim. Həmçinin ona 28 mayda iştirak edə bilməyəcəyimi də bildirdim. Bir gün əvvəl Qazaxıstan Prezidentinə zəng etdim və tətildə olduğum üçün iştirak edə bilməyəcəyimi bildirdim. Hərçənd 28 mayda hərbi parad olacağı üçün tətildə olmayacağam. Baş nazirin müavini Qriqoryan tədbirlərdə iştirak edəcək", - deyə Paşinyanbildirib.